Martın 9-da Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə “Bayatı-Şiraz” dəstgahı” adlı konsert proqramı təqdim olunacaq.
Mərkəzdən Senet.az-a bildirilib ki, tədbirdə Xalq Artisti Simarə İmanova və onun tələbələri çıxış edəcəklər. Onların ifasında “Bayatı-Şiraz” dəstgahı səslənəcək. İfaçıları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xalq çalğı alətləri ansamblı müşayiət edəcək.
Gecədə aktyor və bədii qiraətçisi, Əməkdar Artist, ADMİU-nun dosenti Azad Şükürovun da çıxışı dinləniləcək.
Biletləri şəhərin kassalarında, “ASAN Xidmət” mərkəzlərində və iticket.az saytında əldə etmək olar.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür