Senet.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, noyabrın 29-da Belarus Dövlət Universitetində (BDU) “Belarus vіtae syabroў” Beynəlxalq mədəniyyətlər festivalı keçiriləcək.
Tədbir 16 ölkəyə, o cümlədən Azərbaycana ekskursiya formatında keçiriləcək. BDU-nun mətbuat xidmətindən bildirilib: “Ölkələr haqqında məlumat müxtəlif xalqların milli geyimlərinin, əsas görməli yerlərinin, adət-ənənə və məişətinin illüstrasiyalarından və fotoşəkillərindən ibarət stendlərdə təqdim olunacaq. Burada rəssamlıq əsərləri, suvenir məmulatı, dekorativ-tətbiqi sənət nümunələri nümayiş etdiriləcək”.
Festivalın iştirakçılarını BDU-da təhsil alan xarici tələbələrin hazırladığı bayram konserti gözləyir. Onlar öz ölkələrinin mahnı və rəqslərini ifa edəcəklər. Tədbir tələbə gənclərin mədəniyyətlərarası maarif səviyyəsinin artırılmasına, Belarusda ali təhsilin beynəlmiləlləşməsi prosesinin inkişafına , eləcə də beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə istiqamətlənib.
Açılış mərasimində səfirliklərin, o cümlədən Azərbaycanın Belarusdakı səfirliyinin nümayəndələri iştirak edəcəklər.
Festivalın təşkilatçısı BDU-nun qadınlar ittifaqı, fundamental kitabxanası və gənclərlə iş idarəsidir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür