Berlində “Lollapalooza” adlı ənənəvi musiqi festivalı ikinci ildir ki, pandemiya səbəbindən keçirilməyəcək. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə festivalın təşkilatçıları məlumat yayıb. “Təəssüflə bildiririk ki, hazırkı məhdudiyyətlərlə bağlı “Lollapalooza Berlin 2021” ləğv olunur”, – deyə məlumatda qeyd olunub. Bildirilib ki, təşkilatçılar festivalı bu il keçirmək üçün son ana qədər əlindən gələni ediblər. Ancaq COVID-19 infeksiyasının yayılması ilə əlaqədar olaraq yaranan epidemioloji vəziyyət tədbiri normal formatda keçirməyə imkan vermir. Vurğulanıb ki, təşkilatçılar festivalı növbəti ildə keçiriləcəyinə ümid edirlər. Belə ki, bu il alınan biletlər növbəti ildə də keçərli olacaq.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür