Fevralın 25-də Berlində “Michael Schultz” qalereyasında Azərbaycanın Əməkdar Rəssamı Əşrəf Heybətovun “Xocalıya ədalət!” adlı fərdi sərgisi açılacaq.
Senet.az xəbər verir ki, bu barədə məlumat “Michael Schultz” qalereyasının saytında yer alıb. Sərgi martın 18-dək davam edəcək.
Əşrəf Heybətov 1991-ci ildən UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının sədri, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, "Dünya xalqları incəsənəti” Beynəlxalq Assosiasiyasının mükafatı laureatıdır. Bundan başqa, fırça ustası Rusiya Federasiyası Rəssamlar İttifaqının, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvüdür. O, "Azərbaycan-Almaniya” Dostluq Cəmiyyətinin idarə heyətində də təmsil olunur.
Rəssamın işlərinin əsas mövzusu Azərbaycan və xalqımızın milli adət-ənənələridir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür