Bakıda növbəti kitab kafesi - "Bapbalaca"nın açılış mərasimi keçirilib. Senet.az xəbər verir ki, açılış mərasimini kafenin yaradıcısı yazıçı, naşir Müşfiq XAN açıb. O, ideyanın səmimi, dostlarla yığışa biləcək bir məkan açmaqdan gəldiyini deyib: "Biz istəyirdik ki, özümüzə aid bir yerimiz olsun. Balaca, xoş auralı, kitab qoxan bir ünvanımız olsun. Buna görə də adı kimi özü balaca olan "Bapbalaca"nı açdıq". Tədbirdə iştirak edən yazıçı Cəlil Cavanşir məkanı çox bəyəndiyini deyib: "Bapbalaca" xoş auralı, isti bir yerdir. Qışın soyuğundan qorunmaq üçün əsl axtardığımız məkandır". Açılış mərasimi canlı musiqi ilə davam edib. [gallery ids="29295,29296,29297,29298,29299,29300,29301,29302"]
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür