Aprelin 2-də Bakıda “Polyak gənclərin sənədli fotoqrafiya festivalı”nın rəsmi açılışı olacaq.
Azərbaycan Fotoqraflar Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ‘IS(NOT)’ adlanan əsas ekspozisiya Müasir İncəsənət Mərkəzində nümayiş olunacaq.
Ekspozisiyada məşhur polyak fotoqrafları Rafal Milax, Aqneşka Rays, Adam Pançuk, Mixa Lujak və Yan Brıkdjinskinin İslandiya barədə təəssüratlarını əks etdirən fotolar yer alacaq.
Sərgi çərçivəsində polyak fotokitablarının təqdimatı da keciriləcək.
Aprelin 1-dən10-dək davam edəcək festivalın təşkilatçıları “Sputnik Photos”, “Oculi Populi”, Azərbaycan Fotoqraflar Birliyi və “People You May Know” təşkilatıdır.
Layihənın əlaqələndiriciləri Polşa tərəfdən Marzena Mixalek-Dabrovska, Azərbaycan tərəfdən - Məmməd Əliyevdir.
Daha ətraflı məlumat üçün www.sputnikphotos.com vəfacebook.com/sputnikphotos səhifələrinə müraciət edə bilərsiniz.
Ünvan: Bakı, İçərişəhər, Qala küçəsi 15. Müasir İncəsənət Mərkəzi.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür