9-10 iyun tarixində Hədəf STEM Liseyində Beynəlxalq STEM seminarı keçirilib. Təlimdə liseyinin pedaqoji heyəti ilə yanaşı, kənar müəllimlər iştirak edib. İki gün davam edən təlimdə STEM-in nəzəri və təcrübi hissələrindən danışılıb. Türkiyədən gəlmiş müəllimlər – Sencer Çorlu, Uğur Mert, Tonquç Özdaş, Yunus Emre tərəfindən təşkil edilən təlim iştirakçıların marağına səbəb olub.
Təlimdə “əsl müəllim səhv etməz” anlayışının müəllimliyi necə çətin bir peşə etdiyi, bunun şagirdlərin öyrənməsinə belə, mənfi təsir göstərdiyi müzakirə edilib. Riyaziyyatın ən çətin hesab edilən məsələlərini belə, ətrafda baş verən əlaqəli bir hadisə üzərindən rahatlıqla anlaya bilinəcəyindən danışılıb. Təlimin əsas məqsədi yaxşı dərs keçmək üçün heç də şou xarakterli dərs qurmağa ehtiyac olmadığını, müəllimlərin şagirdlə barabər öyrənəcəyi halda, həm müəlimliyin maraqlı bir sənət olacağını, həm də daha effektiv dərs quracağını aşılamaq olub.
[gallery ids="27874,27875,27876,27877"]Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür