Mayın 7-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera studiyasında Avropa Gününə həsr edilən bayram konserti olub.
Senet.az xəbər verir ki, tədbirin əvvəlində Opera studiyasının uşaq xorunun ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Konsertdən əvvəl çıxış edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bütün avropalıları bayram münasibətilə təbrik edib, Avropa ölkələrinə sülh və tərəqqi arzulayıb. O, qeyd edib ki, Azərbaycan ilə Avropa ölkələri arasında siyasi, iqtisadi və mədəni sahələrdə sıx əməkdaşlıq mövcuddur. M.Məmmədquliyev bu əlaqələrin daha da genişlənəcəyinə əmin olduğunu bildirib.
Sonra Əməkdar Artist Fuad İbrahimovun dirijorluğu ilə “Baku Chamber Orchestra”nın ifasında V.Motsart, A.Vivaldi, Q.Qarayev, F.Bədəlbəyli və digər bəstəkarların əsərləri səsləndirilib.
Orkestrin ifası böyük maraqla qarşılanıb.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür