“Bakı rüzgarı” kitabının təqdimat mərasimi olacaq.
İyunun 20-də Yunus Emre İnstitutunda Azərbaycan Demokratik Respublikası dövründə hökumətin Avropaya təhsil almağa göndərdiyi yüz gəncdən biri olan İsmayıl Saryalın “Bakı rüzgarı” kitabının təqdimat mərasimi keçiriləcək. “Bakı rüzgarı” müəllifin uşaqlıqdan gənclik dövrünə kimi keçdiyi ömür yolundan bəhs edir. Sənədli romanda 1910-1930-cu illər arasında Azərbaycandakı istiqlal mübarizəsindən, 1917-ci il kommunist inqilabının xalqları necə bir-birinə qatdığından, necə qanlı terror yuvası yaratdığından bəhs olunur. Roman Azərbaycanda ilk dəfə “XAN” nəşriyyatında nəşr edilib. Kitabın öz sözünün müəllifi, Səməd Vurğunun Ev Muzeyinin direktoru Nüşabə Babayeva -Vəkilovadır. Qeyd edək ki, tədbir Azərbaycan Cumhiriyyəti 100 illiyi çərçivəsində keçirilir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür