Bakı Dövlət Universitetində detektiv yazıçı Müşfiq XANla tələbələrin görüş keçirilib. Görüşü giriş sözü ilə “Tələbə Həmkarlar İttifaqı” Komitəsinin sədri Daşqın Qənbərov açıb. O, tədbir iştirakçılarına müəllif haqqında geniş məlumat verib. Daha sonra söz alan Müşfiq XAN öz növbəsində universitet rəhbərliyinə təşəkkürlərini bildirib. O, “Mütaliə və detektiv janr” mövzusunda mühazirə ilə çıxış edib. Çıxışlardan sonra yazıçı tələbələrin suallarını cavablandırıb. Tələbələr müəllifə “Sonuncu hədiyyə”, “Ümidlərin izi ilə” və “U geni” kitabları ilə bağlı suallar ünvanlayıblar. Tədbir zamanı detektiv roman janrı barəsində müzakirələr aparılıb. Sonda Müşfiq XAN gənclər üçün kitablarını imzalayıb. [gallery columns="6" ids="11681,11701,11683,11697,11687,11694,11685,11686,11688,11689,11690,11705,11684,11691,11700,11692,11693,11682,11695,11696,11698,11699,11702,11703,11704,11706,11707"]
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür