Bu il dördüncüsü keçiriləcək Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına hazırlıqlar başa çatmaq üzrədir. Bu barədə Senet.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Məlumatda deyilir ki, sərginin iştirakçısı olan xarici qurumların nümayəndələri də artıq Bakıya gəlməkdədirlər. Sərgi haqqında son məlumatları ictimaiyyətin diqqətinə çatdırmaq üçün 16 sentyabr tarixində saat 11:45-də tədbirin keçiriləcəyi Bakı İdman Sarayında mətbuat konfransı təşkil olunacaq. Rəsmi şəxslərin, ziyalıların, fəxri qonaqların qatılacağı Sərgi-Yarmarkanın açılış mərasimi isə sentyabrın 16-da, saat 15:30-da olacaq. Sərgi sentyabrın 18-ə kimi ziyarətçilərin ixtiyarında olacaqdır.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür