Senet.az oxucularına Cəvahir Əsədovanın şeirlərini təqdim edir.
Bağışla Ana
Hər gecə ,yuxun şirin deyib,
Sabah sabahıyla oyatmadığım.
Bir yuxusuz gecənə,min qurban kəsəmədiyim
Gözünün nuruna qurban olduğum,
Günahkar qızını bağlşla, ana.
Doqquz ay bəkləyib,daşınan yükün
Çəkdiyin ağrılar,sancılar üçün,
Belini bir az da bükdüyüm üçün,
Əyilən belinə qurban olduğum.
Günahkar qızını bağışla, ana.
Tanrı mənə görə səni seçdiyim
Dünyaya yeni bir varlıq verdiyim,
Övladdan gözlüyüb,sənə verəmədiyim,
Cəfakeş canına qurban olduğum,
Günahkar qızını bağışla ,ana.
Etdiyim səhvləri düzəltmək üçün,
Sən ,mənə söz verib çox yaşa ,ana.
Sənə çox az təşəkkür etdiyim üçün,
Təmiz ürəyinə qurban olduğum,
Günahkar qızını bağlşla,ana.
Sevgin heç bir zaman əksik olmadı,
Sevən ürəyinə qurban olduğum,
Üzündə yaranan qırışlarına,
Ağaran saçına qurban olduğum,
Sevdiyin qızını bağışla,ana.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür