
Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu "Ulduz"lu görüşlər"in qonağı olub.
Azərbaycan Univerisitetinin müəllim və tələbə heyətinin iştirak etdiyi tədbiri "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs açıb. O, Baba Vəziroğlu imzasının ədəbiyyatımızda özünəməxsus yer tutduğunu bildirib.
Ardınca Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Gülnar Rzayeva, kafedranın baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Cəfərova, "Ulduz" jurnalının şöbə redaktorları Dayandur Sevgin və Taleh Mansur çıxış ediblər.
Söz Baba Vəziroğluna verilib. Qonaq qısaca olaraq keçdiyi həyat və yaradıcılıq yolundan danışıb. Qələmə aldığı nəsr əsərləri, tərcümələri, həmçinin mahnı mətnlərinə çevrilmiş şeirləri haqda söz açıb və tələbələri maraqlandıran suallara cavab verib. Qonaq sonda tələbələrə özünün "...Qalanı xatirədi" şeirlər kitabını hədiyyə edib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür