Türkiyənin Adana şəhərində XXV Beynəlxalq Film Festivalı başa çatıb. Çukurova Universitetinin konfrans mərkəzində keçirilən bağlanış mərasimində tanınmış kinorejissorlar və aktyorlar, elm və mədəniyyət xadimləri, kinosevərlər və şəhər ictimaiyyətinin tanınmış simaları iştirak ediblər. Əvvəlcə festivalda yarışan və seçilən bədii və qısametrajlı filmlər barədə ümumi məlumat verilib. Sonra qaliblərə festivalın medalları təqdim olunub. Mərasimdə çıxış edən Adana Böyükşəhər bələdiyyəsinin sədri Hüseyn Sözlü əminliklə bildirib ki, dünya kino sənətinin tanınmış simalarını bir yerə toplayan Adana film festivalı qarşıdakı illərdə də fəaliyyətini davam etdirəcək, kinosevərlər üçün daha layiqli formatlar üzrə təqdimatlar keçirəcək. Qeyd edək ki, səkkiz gün davam edən festival çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə TÜRKSOY tərəfindən Azərbaycan kinosunun 120 illiyinə həsr olunan mərasim keçirilib. Həmin mərasimdən sonra kinorejissor Yavər Rzayevin çəkdiyi “Biri var idi, biri yox idi” sənədli filmi nümayişi olub. Filmdə Azərbaycan kinosunun bütün mərhələlərinə nəzər salınır, ayır-ayrı filmlərdən fraqmentlər göstərilir. [gallery ids="28859,28860,28861"]
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür