
“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi (İB) Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Azərbaycanı kəşf et - abidələrimiz milli sərvətimizdir” layihəsinin icrasına start verib. İB-dən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi Azərbaycan gəncliyinin inkişaf etdiyi bir dövrdə bu inkişafa dəstək olmaq, gənclərin vətənpərvər bir şəxsiyyət kimi formalaşmasına yardım etmək, onlara azərbaycançılıq ideologiyasını aşılamaqdan ibarətdir. Layihə çərçivəsində regionlarda gənclərin iştirakı ilə təlimlər və ekskursiyalar təşkil olunacaq. Gənclər qərb və şimal bölgələrimizdə yerləşən dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidələr, xüsusi əhəmiyyətli muzeylər, arxeoloji düşərgələrlə tanış ediləcək. Onlara bu abidələr barədə geniş məlumatlar veriləcək.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür