senetaz

Həsən Əliyev 80 D

14 Fevral 2026 1541

Azərbaycan Televiziyasının (AzTV) fəaliyyətə başlamasından 70 il ötür

Azərbaycan Televiziyasının (AzTV) fəaliyyətə başlamasından 70 il ötür

Şərqdə ilk televiziyanın fəaliyyətə başlamasından ötən 70 il ərzində Azərbaycanda televiziya yayım şəbəkəsi qurulub, ən müasir standartlara əsaslanan rəqəmli televiziya yayımvericiləri istismara verilib.

1996-cı ildə istismara verilən Bakı Teleqüllə Kompleksi bu gün ölkənin əsas yayım mərkəzi hesab olunur. 310 metr hündürlüyü olan və unikal konstruksiyaya malik bu kompleks vasitəsilə yerli və bir çox xarici ölkələrin televiziya proqramları yayımlanır.

Yazıçı, publisist, Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, dosent  Şəmil Sadiq Azərbaycan Televiziyasının (AzTV) fəaliyyətinin 70 illiyi münasibətilə təbrik edib:

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri
cənab Rövşən Məmmədova

Hörmətli, Rövşən müəllim

Sizi və rəhbərlik etdiyiniz kollektivi AzTV-nin 70 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Yeddi onillikdir ki, Azərbaycan Televiziyası milli informasiya məkanının formalaşmasında, dövlətçilik dəyərlərinin təbliğində və cəmiyyətin maariflənməsində mühüm rol oynayır. Xüsusilə son illərdə Sizin rəhbərliyinizlə həyata keçirilən yenilənmə prosesi, müasir texnoloji infrastrukturun qurulması, efir siyasətində peşəkarlığın və operativliyin artırılması, analitik və ictimai-siyasi proqramların keyfiyyətcə yeni mərhələyə yüksəlməsi AzTV-ni daha dinamik və nüfuzlu media platformasına çevirmişdir.

Milli maraqların qorunması, tarixi həqiqətlərimizin, xüsusilə Qarabağla bağlı reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində nümayiş etdirilən prinsipial mövqe Azərbaycan Televiziyasının cəmiyyətdəki etimadını daha da gücləndirmişdir.

Hədəf Şirkətlər Qrupu olaraq, son illərdə qurduğumuz səmərəli və qarşılıqlı faydalı əməkdaşlığı xüsusi məmnunluqla qeyd edirik. Şirkətimizin həyata keçirdiyi təhsil, maarifləndirmə və sosial yönümlü layihələrə AzTV tərəfindən göstərilən media dəstəyi bu təşəbbüslərin daha geniş auditoriyaya çatmasına, ictimai əhəmiyyətinin artmasına mühüm töhfə vermişdir. Bu əməkdaşlıq milli maraqlara xidmət edən ortaq məqsədlərin uğurlu nümunəsidir.

Əminik ki, Azərbaycan Televiziyası bundan sonra da zəngin ənənələrinə sadiq qalaraq yeni uğurlara imza atacaq, ölkəmizin informasiya siyasətində aparıcı mövqeyini daha da möhkəmləndirəcəkdir.

Bir daha 70 illik yubiley münasibətilə Sizi və bütün kollektivi təbrik edir, möhkəm cansağlığı və fəaliyyətinizdə davamlı nailiyyətlər arzulayıram.

Hörmətlə,
Şəmil Sadiq
Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, dosent