
Azərbaycan şairlərinin şeirlərindən ibarət “Candles (101 verses)” – “Şamlar (101 şeir)” adlı şeir antologiyası ingilis dilində işıq üzü görüb. Senet.az-a Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, kitabda 55 Azərbaycan şairinin 101 şeiri yer alıb.
Azərbaycanın müasir poeziyasını beynəlxalq kitab sərgilərində təmsil edəcək bu kitaba Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Nigar Rəfibəylinin, Vaqif Səmədoğlunun, Əli Kərimin, Məmməd Arazın, Musa Yaqubun, Sabir Rüstəmxanlının, Kamal Abdullanın, Zəlimxan Yaqubun, Ramiz Rövşənin, Vaqif Bayatlı Odərin, İsa İsmayılzadənin, Ələkbər Salahzadənin, Fikrət Qocanın, Nəriman Həsənzadənin, Nüsrət Kəsəmənlinin, Zakir Fəxrinin, Salam Sarvanın, Çingiz Əlioğlunun, Vaqif Bəhmənlinin, Əjdər Olun, Aqşin Yeniseyin, Nərmin Kamalın və digər şairlərin şeirləri daxil edilib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür