
2014-cü ildə “Azanfilm” studiyasında istehsal olunmuş “Lahıc” sənədli filmi Polşanın Varşava şəhərində keçirilmiş 10-cu FilmAT Film, Sənət və Turizm Festivalında mükafata layiq görülüb.
Festivalda dünyanın müxtəlif ölkələrindən 160 film iştirak edib.
“Art” nominasiyasında mükafat Avstriya istehsalı olan “Yeni imperial tarix – gələcəyin xatirələri” filminə, “Turizm” nominasiyasında baş mükafat İsveç istehsalı olan “Zaman” və Belçika istehsalı olan “Bu ancaq Gentdə baş verə bilər” filmlərinə təqdim edilib. “Ekologiya” nominasiyasında baş mükafat Çexiya istehsalı olan “Papua Yeni Qvineyaya qaçış” filminə təqdim edilib.
“Lahıc” filmi isə festivalın ən önəmli mükafatlarından olan “ən yaxşı sənədli film” mükafatına layiq görülüb.
Qeyd edək ki, “Lahıc” 23 dəqiqəlik sənədli filmin ssenari müəllifi və rejissoru Rusiyanın əməkdar incəsənət xadimi Tofiq Şahverdiyevdir. Sənədli filmin çəkilişləri İsmayıllı rayonunun Lahıc qəsəbəsində aparılıb. Filmdə bu qəsəbənin qədim tarixi fonunda yerli əhalinin gündəlik yaşayış tərzi, sənətkarların gərgin və qiymətli əməyi, qəsəbənin turistlər tərəfindən heyranlıqla ziyarəti Rusiyalı rejissorun gözündən müşahidə üslubunda lentə alınıb. Filmin montaj rejissoru Xanlar Ağayev, səs rejissoru Rasim Mehdiyev, icraçı prodüserləri Məhəmməd Ağabəyov və Niyazi Hüseynov, prodüseri Fariz Əhmədovdur.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür