AMEA Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elmira Əhmədovanın “Azərbaycan dilinin etnonimlər lüğəti” kitabı çap olunub.
AMEA-dan Senet.az-a bildirilib ki, lüğətin redaktoru professor Qara Məşədiyev, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Hacıyeva və dosent Təhminə İsmayılovadır.
Kitabda ən məşhur etnosların adları tarixi mənbələr üzrə toplanıb, onların semantik və struktur tipləri araşdırılıb, yaranma tarixləri, eləcə də yayılma arealları müəyyənləşdirilib.
Lüğətdə ümumilikdə 300-dək etnonim haqqında izahlı məlumat verilib. Həmçinin mənaları tam açılmayan etnonimlər də nəşrdə öz əksini tapıb.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür