
Mayın 26-da Mirzə Ələkbər Sabirin anadan olmasının 153-cü ildönümü ilə əlaqədar böyük şairin adını daşıyan fondun təşkilatçılığı ilə mətbuat konfransı keçirilib.
Fondun rəhbəri Sevda Tahirli rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələrdən söz açıb. Bildirib ki, qurumun fəaliyyətinin əsas məqsədlərindən biri cəmiyyətimizdə milli dəyərlərimizi qorumaq, habelə Sabirin vurğuladığı kimi, insanlarda vətənpərvərlik hissini gücləndirməkdən ibarətdir.
Təbirdə KİV nümayəndələrinin diqqəti televiziya verilişləri, radio reportajları, internet saytları, reklam və elanlarda rast gəlinən təhrif və qüsurları əks etdirən videoçarxa yönəldilib. Videoçarxda Azərbaycan ədəbi dil normalarının pozulmasına dair faktlar yer alıb.
Mətbuat konfransında müxtəlif KİV-ləri təmsil edən nümayəndələrlə milli mənəvi dəyərlərimizin qorunması, təbliği istiqamətində fikir mübadiləsi aparılıb. Çıxışlarda cəmiyyətin və mətbuatın əsas borcunun dilimizi qorumaqdan ibarət olduğu bildirilib, dilimizi yad təsirlərdən və yersiz əcnəbi kəlmələrdən təmizləmək üçün təkliflər irəli sürülüb.
Tədbir çərçivəsində jurnalistlərə M.Ə.Sabirin “Hophopnamə”si hədiyyə olunub.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür