Senet.az oxucularına Əli bəy Hüseynzadənin "Yurd qayğusu" şeirini təqdim edir.
"Yurd qayğusu"
Ucundadır dilimin Həqiqətin əzəmi.
Nə qoydular söyləyim, Nə kəsdilər dilimi!
Bilirmisən cahillər Nə etdilər vatana?
Nə qoydular uyusun, Nə qoydular uyana.
Böylə durmaq uyuşuq, Rəvamı bir diriyə!?
Nə getmədə iləri, Nə dönmədə geriyə.
Düşman qırar qapıyı Biz içərdə qayğusuz.
Nə evləri ayırır, Nə bir evli oluruz.
Ayıltmadı qələmim Şu türk ilə əcəmi.
Nə qoydular yazayım, Nə qırdılar qələmi.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür