"Avanqard" ədəbiyyat və mədəniyyət jurnalının ikinci sayı çap olunub. Senet.az xəbər verir ki, jurnalın bu nömrəsində Aslan Quliyevin “Vəhşi gözəl” romanı, Əlabbasın “Qonaq ehtiyatı”, hekayəsi, Sevinc Elsevərin, Esmira Məhiqızının şeirləri, Nizami Cəfərovun müsahibəsi, Asif Atanın “Bəşərin tarix qaralaması”, Aydın Dadaşovun “Ədəbiyyatdan kinoya”, Sənan Şəfizadənin Adil Mirseyidin avtoportreti haqqında, Elxan Yaqubovun Xocalı faciəsi haqqında məqalələri, Kənan Hacının Anarın povesti haqqında, Həmid Piriyevin Xanəmirin romanı haqqında tənqidi yazıları çap olunub. Bununla yanaşı oxucular “Avanqard” jurnalının bu sayında Ayişə Nəbinin tərcüməsində Tomas Eliotun şeir haqqında essesi, Ziyad Quluzadənən tərcüməsində Oğuz Atayın “Təhlükəli oyunlar”, Araz Gündüzün tərcüməsində Aleksandr Qrinin” “Oyuncaq” hekayələri, Ariz Tarverdiyevin tərcüməsində isə Kamran Rəsulzadənin şeirləri ilə də tanış ola biləcəklər. Jurnalda həmçinin bugünkü ədəbi proseslə bağlı aparılan sorğu və “Tənqidçilərin seçdiyi və seçə bilmədiyi yazarlar” yazısı da dərc olunub. Jurnalın üz qabığında və arxasında Adil Mirseyidin çəkdiyi rəsmlər verilib. Jurnalı Kitabevim.az mağazasından (Nəsimi r., Puşkin k., 32, AK center II mərtəbə (28 may metrosu) əldə etmək olar.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür