Senet.az oxucularına Cəlil Məmmədquluzadənin atası Məşədi Məmmədqulunun (Məmmədqulu Məşədi Hüseynqulu oğlu) 1904-cü ilin martında oğluna yazdığı məktubu təqdim edir:
“Mirzə Cəlil, nuri-çeşmim, ümidim, yavərim, köməyim!
Nuri-çeşmim!
Bacın qara libası əyninə geysin. Gələn qurban bayramına kimi mərhum Nazlı xanıma təziyə hesabında biz təziyə tutduq. Və bu qərar ilə ilaxır çərşənbədə vilayət kiçik və büzürg öz evində geniş (yedilər) və plov bişirdilər. Nuri-çeşmim, şadyanalıq elədilər. Barı biz plov bişirmədik və geniş olmadıq. Nuri-didə, mən özüm naxoş oldum. Böyük çillədə 25 gün evdə yatdım. Xərcim olmadı, çox korluq oldu. Hacı Məhəmməd dayıoğlun özü 30 manat pul verdi. Allah ondan razı olsun, bizə çox köməyi oldu. İndi kefim çox yaxşıdır və alış-veriş yaxşı keçir.
Bir qədər mayam azdır və heç naxoşluq məndə qalmayıb.
...Nuri-didə, Allah səni qürbətdə səlamət eləsin və səni bizlərə çox görməsin. Və bir də yaz görək öz əhvalından. Tiflisdə həmişə qalmalısan, ya İrəvana qayıdacaqsan.
Məşədi Məmmədqulu. Mart 1904-cü ilTəxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür