
Avqustun 16-da Türkiyə paytaxtında görkəmli teatr və kino aktyoru, rejissor, Azərbaycanın Əməkdar artisti Cahangir Novruzovun anadan olmasının 70 illiyinə həsr olunmuş yubiley tədbiri olacaq.
AZƏRTAC xəbər verir ki, yubiley tədbirinin təşkilatçıları qismində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Mədəniyyət Nazirliyi, ölkəmizin Türkiyədəki səfirliyi çıxış edirlər.
TÜRKSOY-un baş katibliyinin binasında keçiriləcək yubiley tədbirində iki qardaş ölkənin mədəniyyət xadimləri və ictimaiyyətin nümayəndələri iştirak edəcəklər.
Professor Cahangir Novruzov hazırda Adana şəhərindəki Çukurova Universitetinin Dövlət Konservatoriyasında dərs deyir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür