Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın "Seçilmiş əsərləri" Budapeştin "Harmattan" nəşriyyatında çap olunub. Senet.az xəbər verir ki, Azərbaycanın Macarıstandakı Səfirliyinin təşəbbüsü işıq üzü görən kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı, müasir əsərləri daxil edilib.
Anarın povest və hekayələrini macar dilinə Marqarita Herinq, Anna Vandor, Laslo Zahemski kimi peşəkar tərcüməçilər çeviriblər. Ümumi redaktorluq işini isə tanınmış macar azərbaycanşünası, Budapeştin ELTE universitetinin müəllimi Mariya Keneşi yerinə yetirib. Macarıstan Yazıçılar Birliyinin sədri Yanoş Sentmartin azərbaycanlı həmkarının kitabına ön söz yazıb. "Əbədi dəyərlər sorağında" adlı bu ön sözdə Anarın yaradıcılığı timsalında ədəbiyyatın xalqın və cəmiyyətin həyatında oynadığı mühüm roldan bəhs açılır.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür