Tbilisidə səfərdə olan mədəniyyət naziri Anar Kərimov iyulun 7-də Gürcüstan Parlamentinin sədri Kaxa Kuçava ilə görüşüb. Görüşdə iki ölkə arasında parlamentlərarası əlaqələr, mədəniyyət, turizm və humanitar sahələrdə əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. Kaxa Kuçava Azərbaycanın mədəniyyət nazirinin Gürcüstana səfərini, xüsusilə də, keçirilən görüşləri və müzakirə olunan məsələləri yüksək qiymətləndirib. Bildirib ki, bu cür səfərlər iki dost və qardaş ölkə olan Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətlərinin daha möhkəmlənməsinə xidmət edir. Nazir Anar Kərimov Azərbaycanın Gürcüstan ilə münasibətlərin bütün sahələrdə inkişafına böyük önəm verdiyini qeyd edib. Görüşdə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə inkişafının vacibliyi qeyd olunub, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər iştirak edib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür