Anar Kərimov Gürcüstana səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani ilə görüşüb. Görüşdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın inkişafı və daha da möhkəmləndirilməsi, mədəni əlaqələrin inkişafının sülhə və təhlükəsizliyə verdiyi töhfələr diqqət mərkəzində olub. David Zalkaliani Azərbaycanın mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini salamlamaqdan məmnun olduğunu bildirib. Nazir bildirib ki, Gürcüstan ilə Azərbaycan bölgədə çox səmərəli əməkdaşlıq edirlər. Bu əməkdaşlığın genişləndirilməsi Gürcüstan üçün böyük əhəmiyyət kəsb edir. Anar Kərimov Azərbaycan dövlətinin qonşu və dost Gürcüstan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib. Beynəlxalq təşkilatlar çərçivəsində siyasi və iqtisadi, eləcə də mədəni və humanitar sahələrdə əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür