senetaz

Həsən Əliyev 80 D

23 Dekabr 2023 4022

"Anamın kitabı" yenidən Şuşa Teatrının səhnəsində

"Anamın kitabı" yenidən Şuşa Teatrının səhnəsində

2024-cü il yanvarın 19-da Şuşa Dövlət Musiqili Dram Teatrında Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Lalə Şirinovadadır.

Tamaşanın əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. “Anamın kitabı”nda Azərbaycan xalqının taleyüklü məsələləri bir ailənin timsalında ümumiləşdirilib, müxtəlif dövlətlərə meyilli olan ziyalıların səhv yol tutması tənqid olunur. Müəllifə görə, xalqın nicat yolu Vətən ideyası ətrafında birləşməkdir.

Səhnə əsəri yüksək ideyası və dərin məzmununa görə böyük tərbiyəvi əhəmiyyət daşıyır.