
Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının elan etdiyi müsabiqənin 2025-ci il üzrə nəticələrinə görə “Azərbaycan Nəşriyyatları Assosasiyası” İctimai Birliyinin (ANAİB) “Zəfərin uşaqları ilə Oxu Marafonu” – Şimal bölgəsi (Quba, Qusar, Xaçmaz) məktəblilərinin mütaliə yarışı layihəsi orta Qrant müsabiqəsinin qaliblərindən seçilib.
Birlikdən verilən xəbərə görə, bu, ANAİB-in qazandığı ilk qrant layihəsidir.
Layihənin əsas məqsədi şimal bölgəsində məktəblilər arasında oxu vərdişlərini inkişaf etdirmək, gənclərə vətənpərvərlik ruhunu aşılamaq, milli-mənəvi dəyərləri təbliğ etmək və Azərbaycan dilinin zənginliyini göstərməkdir.
Layihədə nəzərdə tutulan fəaliyyətlər hədəf qruplarını daha çox nəzəri baxımdan deyil, praktiki olaraq bu prosesə cəlb etməyi nəzərdə tutur:
- 300 şagird, 18 müəllim və 6 kitabxanaçı mütaliə vərdişləri ilə bağlı önəmli təcrübə qazanacaq;
- Quba, Qusar, Xaçmaz rayonlarından layihəyə cəlb edilmiş məktəblər 450 ədəd kitabla təmin olunacaqlar;
- Quba, Qusar, Xaçmaz rayonlarında oxuyub-anlama mövzusunda 6 kitabxanaçı, 108 müəllim təlimlər keçəcək;
- Quba rayonunda 3 günlük kitab festivalı baş tutacaq.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür