Kiyevdə Azərbaycan Səfirliyinin dəstəyi ilə Ukraynanın tanınmış “Yaroslaviv Val” nəşriyyatı tərəfindən Azərbaycanın Xalq yazıçısı Anarın “Ağ qoç, qara qoç” adı ilə bir sıra əsərləri Ukrayna dilində nəfis şəkildə çap edilib.
Kitaba görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 2005-ci ildə Anarın 60 illiyinə yazdığı “Taleyin müasiri” başlıqlı məqaləsi ön söz kimi verilib. Kitaba yazıçının “Ağ qoç, qara qoç”, “Dantenin yubileyi” və “Ağ liman” povestləri, “Zəncir”, “Mən, sən, o və telefon”, “Gürcü familiyası” və “Gecənin səhəri” hekayələri, “Saflaşdıran kamança naləsi” essesi, həmçinin Günel Anarqızının “Mükəmməl insan Anar” başlıqlı müsahibəsi daxil olunub.
Redaksiya heyətinə Lvov kitab nəşriyyatçıları və yayımçıları assosiasiyasının sədri Mixail Vatulyakın, Ukrayna Milli Elmlər Akademiyasının Taras Şevçenko adına Ədəbiyyat İnstitutunun direktor müavini Sergey Qalçenkonun, “Qırmızı və qara” kitab silsiləsinin prodüseri, ədəbiyyatşünas Sergey Qrabarın, “Krivbas kuryeri” jurnalının baş redaktoru, Taras Şevçenko milli mükafatı laureatı Qriqoriy Hüseynovun və digərlərinin daxil olduğu kitaba Ukrayna ədəbiyyatşünası, tənqidçisi və ictimai xadimi Mixail Slaboşpitski son söz yazıb. “Sərhədlər tanımayan Anar” məqaləsində Mixail Slaboşpitski Anarın dərin milli ruhlu, məhz bu səbəbdən də çox beynəlmiləl yazıçı olduğunu, Azərbaycana məxsus olduğu qədər bütün dünyaya məxsus olduğunu qeyd edib, onu “sərhədlər tanımayan şəxsiyyət” adlandırıb.
Müəllifin iştirakı ilə kitabın Ukrayna mədəni və ədəbi ictimaiyyətinə təqdimatı nəzərdə tutulur.
Səfirlik xalq yazıçısına Ukrayna oxucusuna etdiyi bu ərməğana və xalqımızın bədii mədəniyyətinin Ukraynada təbliğinə verdiyi töhfəsinə görə minnətdarlığını ifadə edir, can sağlığı və yeni yaradıcılıq uğurları diləyir.
ayb.az
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür