
Aforizm yunanca “məhdudlaşdırma”, “fərqlənmə”, “tərif ifadə edən” deməkdir. Ümumi həqiqətin və ya prinsipin lakonik ifadəsidir, çox vaxt ənənə ilə nəsildən-nəslə ötürülür. Aforizm müəllifinə aforist deyilir. Aforizm nəzəriyyəsində Andrew Hui aforizmə “təfsir tələb edən qısa söz” tərifini verir.
İlk dəfə aforizm “Hippokratın aforizmləri”ndə xəstəliyin simptomları və diaqnozları, şəfa və tibb sənəti ilə bağlı uzun təkliflərdə istifadə edilmişdir. Bu əsərin tez-tez istinad edilən ilk cümləsi belədir: “Həyat qısadır, sənət uzundur”.
Aforizmlər təcrübədən və sosial normalardan qaynaqlanır. Aksiomanın aforizmdən fərqi nədir? Aksioma (postulat və ya fərziyyə) doğru hesab edilən ifadədir, öz-özünə aşkar həqiqətlərdir, buna görə də əlavə sübut tələb etmir.
Aforizmin qollarından biri qrafizmdir, burada aforizm şəkillərlə bəzədilir və mətni şəkilli şeirlərə bənzər şəkildə formatlana bilir. Aforizmlər sübut etmir, mübahisə etmir, zəka və orijinallıqla təsir edir.
Aforizmlər hikmət ədəbiyyatına daxildir. Hikmət ədəbiyyatı ilahilik və fəzilət haqqında təlimlər təklif edən müdriklərin ifadələrindən ibarətdir. “Şahzadələrin güzgüləri” siyasi yazılardan ibarət, sərbəst, maarifləndirici ədəbi janrdır. Spekulum (güzgü) ədəbiyyatı janrının bir hissəsidir. Bu mətnlər çox vaxt padşahlara, şahzadələrə və ya daha kiçik hökmdarlara idarəçilik və davranışın müəyyən aspektləri haqqında birbaşa təlimat verən dərsliklər formasını alır. Müəlliflər tez-tez belə “güzgüləri” yeni padşahın gəlişində, gənc və təcrübəsiz bir hökmdarın hakimiyyətə gəlmək üzrə olduğu zaman düzəldirlər. Bəzən hikmət ədəbiyyatı kimi tanınan aforistik toplular Hindistanın Sutra ədəbiyyatı, Bibliya vaizləri, İslam hədisləri, Pifaqorun qızıl ayələri, “Hesiodun əsərləri və günləri” kimi bir neçə qədim cəmiyyət qanunlarında mühüm yer tutur.İlk dəfə nəşr olunmuş aforizmlər toplusu Erasmusun “Adagia” kitabıdır. Digər aforistlər: Baltasar Qrasian, Fransuan de La Roşfuko, Blez Paskal və s.
Aforizmi ona bənzəyən digər janrlardan fərqləndirək:
Xiazm- oxşar mənaları söz və ya ifadələri balanslaşdırır. Məsələn, “Gündüzlər əylənir, gecələr rəqs edir”, “Zövq günahdır, bəzən günah da həzzdir”.
Antimetabol- sözlərin ardıcıl bəndlərdə, lakin köçürülmüş qaydada təkrarlanmasıdır. Məsələn, “Mən nəyi sevdiyimi bilirəm və bildiklərimi də bəyənirəm”, “Bir nəfər hamı üçün, hamı bir nəfər üçün”, “Yaşamaq üçün yeyin, yemək üçün yaşamayın”, “Ölkənin sənin üçün nə edə biləcəyini soruşma, ölkən üçün nə edə biləcəyini soruş”, “Sülhə gedən yol yoxdur, sülh yoldur”, “Şənbə günü insan üçün yaradılmışdır, insan şənbə üçün deyil”, “Amerikada həmişə partiya tapa bilərsiniz, Sovet Rusiyasında Partiya həmişə sizi tapır”, “Fikrim pulumda, pulum ağlımda”, “Biz təkcə gücümüzün nümunəsi ilə deyil, nümunəmizin gücü ilə rəhbərlik edəcəyik”, “Bütün cinayətlər vulqardır, necə ki bütün vulqarlıqlar cinayətdir”, “Mən ümid edirəm ki, kimsə mənim üçün dua etsin, mən dua edirəm ki, kimsə mənim üçün ümid etsin”.
Brokard-qanuni ifadələrdir.Termin ənənəvi hüquqi orqanlardan, qədim Romadan götürülmüşdür. Məsələn, “Sübut iddiaçının üzərinə düşür”, “Heç kim sırf niyyətə görə cəza çəkmir”, “Torpaq kimindirsə, cənnətə və dərinliklərə gedən yol onundur”, “Qanun ən xırda şeylərlə məşğul olmur”, “Şübhəli şeylər ən yaxşı şəkildə yozulmalıdır”, “Dəlil iddia edənin üzərindədir” (bir insanın günahı sübuta yetirilənə qədər günahsız olduğu anlayışı), “Əgər qarşı tərəf öz öhdəliyinə hörmət etməyibsə, onun öhdəliyinə hörmət etməyə ehtiyac yoxdur”, “Silahlar arasında qanunlar susur”, “İnsanın qanunları doğulur, yaşayır və ölür”, “Kim başqasının vasitəsilə hərkət edirsə, özü də hərəkət edir”.
Epiqram-satirik və təəccüblü ifadələrdir. Məsələn, “oğlan ilhamı” (homoseksual epiqram), “Sevgi və insanlıq otdur”, “Silahlar danışanda ölüm mübahisələri həll edir”.
Aperçu-hazırcavab, zəkalı fikrə qayıdan qısa qeydlərdir. Məsələn, “İlahilər dəyərsizdir”.
Bonmot-gülməli fikir, hazırcavab zarafat, vəziyyətə münasibətdir. Bonmot adətən danışılır, aforizm yazılır. Bonmot söhbətdə cəld fikirli, hazırcavab ifadədir. Bura ilham çaxnaşmaları (beyin fırtınası və ya düşüncə parıltısı), eyhamlar, söz oyunları, paradokslar, ikiqat mənalar və ya amfibolizm daxildir.
Maksim- şüar, şəxsi prinsiplərdir.
Aforistik üslubi cihazlar aşağıdakılardır:
Paradoks- ziddiyyətli fikirlərdir. Məsələn, “Tarix onu necə saxtalaşdırmağı öyrədir”.
Alogizm- əsassız, cəfəngiyyat deməkdir, məntiqsiz vəziyyəti ifadə edən ritorik cihazdır.
Amfibolizm- ikiqat mənalardır. Məsələn, “Savadsızlıq diktə edilməlidir”, “Çılpaq qadınlar ağıllıdırmı?”
İroniya
Söz oyunu
Aforizmə maraqlı nümunələr:
Nitsşedən aforizm: “Mən ən ağır yükümü axtarırdım, özümü tapdım”, “Qadın Allahın ikinci səhvi idi”. “Qadın inəkdir”. Nitşeyə görə, aforizmin tərifi: “Arzum başqalarının kitabda təsvir etdiklərini on cümlə ilə söyləməkdir.”
Qastronom olan Savarin: “Mənə nə yediyini söylə, sənə kim olduğunu deyim”, “Xalqların taleyi onların özlərini necə qidalandırmalarından asılıdır”. Onun ən məşhur əsəri “Dadın fiziologiyası və ya transsendent qastronomiyanın meditasiyaları”dır.
Loesje: “Ehtiras sizi heç bir yerə aparmaz, həvəs sizi bir yerə aparır”.
Saramaqo: “Damarlarımdakı qan kimisən, varlığını hər zaman hiss etmirəm, amma sənsiz yaşaya bilmirəm”.
Aristotel: “Ağıl bir ziyalının həyasızlığıdır”.
Digər nümunələr:
“Bir adamın terrorçusu başqasının azadlıq döyüşçüsüdür”.
“Hər yeni şey yaxşıdır, çünki yaxşı olan hər şey yenidir”.
“Dil ordu və donanma ilə bir dialektdir”.
“Vicdan səni izləyən və hürən itdir”.
“Aforizm bir sətirdə bir romandır”. (Leonid Suxorukov)
“Özümü tək qoymamaq üçün bütün gecəni güzgünün qarşısında oturdum”. (italyan şairi Cesare Pavese)
“Hər kəsin şəxsiyyəti yaşadığı dövlətin şəxsiyyətinə bənzəyir”. (Platon)
“Ənənəni təzələməyi bilməyənlər sitayiş edirlər”. (braziliya şairi Karlos de Andrade)
“Tərifi rədd etmək iki dəfə tərifləmək istəyidir”.
Oskar Uayld: “Özünü sevmək ömürlük romantikanın başlanğıcıdır”, “Yaşamaq dünyada ən nadir şeydir, insanların çoxu sadəcə mövcuddur”.
Çörçill: “Bir işi çətin göstərməyin ən yaxşı yolu onu təxirə salmaqdır, “Sonun başlanğıcı olmaz, başlanğıcın sonu ola bilər”.
Yumorist və karikaturaçı Storm: “Həyat tapmacadır, həlli arxadadır”.
Sərvanə DAĞTUMAS
Ədəbiyyatşünas
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür