
Azərbaycan internet məkanında yeni “Senzor” ədəbiyyat və mədəniyyət portalı fəaliyyətə başlayıb.
Senet.az xəbər verir ki,yeni açılan Senzor.az/org/us domenlərində fəaliyyətə başlayan yeni saytın təsisçisi Etibar Salmanlı, baş redaktoru Rüfət Əhmədzadədir.
Yeni layihə barədə danışan Rüfət Əhmədzadə bildirib ki, bu sayt siyasi sahədən uzaq, sadəcə gənclərin bədii-publisistik imkanlarının inkişafına çalışmaq məqsədi daşıyır: “burda hər cəbhənin yazarlarına meydan var. Dini, milli və irqi təhqirlər, şərəf və ləyaqəti alçaldan ifadələr istisna olmaqla… Bir də mümkün qədər söyüşsüz yazaq, söz ehtiyatı yaxşı olan adam özünü başqa cür də ifadə edə bilər. Sayta rəhbərliyi uzun müddətlik nəzərdə tutmamışam, ədəbiyyat mənim hobbimdir, sadəcə bu yay saytı bir az inkişaf etdirib redaktorluğu daha enerjili gənclərə tapşıracağam. Hələ indi-indi komand formalaşdırırıq, sponsorumuz və ya qonorar büdcəmiz yoxdur. Öz imkanlarımız hesabına yeni sayt yaratdıq və inanıram ki, başqa saytlardan çox fərqlənəcək”.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür