Oktyabrın 26-da saat 16:00-da Şuşa Dövlət Musiqili Dram teatrı türk yazıçısı Hasan Erkeyin “Kitabi-Dədə Qorqud” boyları əsasında yazdığı "Adını qazanan uşaq" tamaşası ilə tamaşaçıların görüşünə gələcək. Tamaşa Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanılacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında "Bilik Fondu"nun həyata keçirdiyi "Qardaşlaşmış məktəblər" layihəsi çərçivəsində tamaşa yuxarı məktəb şagirdləri üçün nümayiş olunacaq. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artist Azad Məmmədovdur.
Rollarda Sevinc Ağayeva, Vüsalə Məmmədzadə, Etibar Cəfərov, Hamlet Qənbərov, Gündüz Qasımov, Tofiq Hacıyev və başqaları çıxış edirlər.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür