
ADGTT-nın əməkdaşı müsabiqə qalibi oldu... Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı rəssamı Telman Şıxıyev daha bir müsabiqədə iştirak edərək qalib olub.
O British Council, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilmiş Azərbaycan “Şekspir Xalçası” müsabiqəsinin qalibi olub. Teatrın mətbuat xidmətindən Senet.az saytına verilən məlumata əsasən dahi dramaturqun 450-ci ildönümü şərəfinə keçirilən müsabiqə cari ilin may ayında start götürüb. Müsabiqəyə may-iyul tarixləri arasında uşaqlar, peşəkar dizaynerlər və ictimaiyyət tərəfindən 60-dan çox əl işi təqdim edilib.
Müsabiqəyə təqdim edilən xalça dizaynları Şekspirin pyeslərindəki səhnələri və əsərlərindəki motivləri təsvir etməklə yanaşı, həm də Azərbaycan ənənələrini əks etdirib. Müsabiqənin ümumi qalibi olan əməkdaşımız Telman Şıxıyev Londonun V&A Muzeyinə və Şekspirin "Qlobus" teatrına səhayət etmək imkanı qazanıb. T.Şıxıyev 2016-cı ilin iyun ayında Almaniyanın Azərbaycandakı səfirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası “Qız Qalası” İncəsənət Qalereyası və “Berlin-Bakı” Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə həyata keçirilmiş “Almaniya bir rəssamın gözü ilə” sərgisində 3-cü yerə layiq görülərək Almaniyaya 10 günlük səfər etmək imkanı əldə edib.
[gallery columns="4" ids="17935,17934,17932,17931,17933,17930,17929"]
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür