Abstraksionizm şəxsiyyətin gerçəklikdən qaçmasıdır. Niyə şəxsiyyət gerçəklikdən qaçır? Çünki banal həyat tərzi var, yenilik yoxdur. Çexovun təbirincə, bəzi adamlar ona görə yaranıb ki, yeyirlər, yatırlar və cütləşib çoxalırlar. Düşünməyən insanlardır. (Çexov “İoniç”)
İnsan xəyali gerçəklikdən mücərrədliyə qaçmağa cəhd edir. İnsan təsviri heç yerdə yoxdur. Hər yerdə dekorativ tətbiqi sənəti təsvir edib. Abstraksionizm rənglərlə bağlı fantaziyadır, xülyadır. Tərəfdarları belə qənaətdədirlər ki, insan incəsənətdən təcrid olunub və insan təsvirləri dünya müharibəsindən sonra dəyərini itirib, onun həyatı mənasızdır. Məhz buna görə də insan təsviri əvəzinə həmin müxtəlif rəngdə olan ləkələri təsvir edirlər. Abstraksionizm ən çox dizaynda – sənaye incəsənətində, divar kağızlarında, çilçıraqlarda, hamamlarda və s. işlənir.
İnsan impulsa, haradasa daxili aləminə gələn istəyə rəğmən hansısa rəngləri götürür, divarı rəsm kətanı kimi istifadə edir, ağlına gələn nöqtələri, boyanı, fırçanı divara atır, nəsə alınır. Divardakı ləkələr həndəsi formada da ola bilər. Biri var ifadə, biri var təsvir. Onlar təsvirdən yan keçərək ifadəyə meyl edirlər. Onlara ilham verən rəssam Van Qoq olub. Van Qoqun psixoloji problemi var idi: şizofreniya xəstəliyindən əziyyət çəkirdi. O, buğda tarlasında intihar edir. “Buğda tarlası və qarğalar” onun sevimli motivlərindən idi. İnsan bütöv şəkildə mövcud deyil, müxtəlif hissələrə parçalanaraq obrazı dağılır. İnsan ziddiyyətlərdən ibarətdir, orada harmoniya yoxdur. (“Ambruazbaların portreti”)
Van Qoq deyirdi ki, reallıqdan uzaqlaşmağa cəhd etsəydim, ayrı-ayrı rənglərdən musiqiyə bənzər təsvir yaratmağa başlayardım.
Abstraksionizmin banisi rus rəssamı Vasili Kandinskidir. Onun “Dağ” əsərində əsas meyar rəngdir və gerçəklikdən qaçaraq peyzaja, təbiətə də üz tutmur, sadəcə, rənglərə, abstraksiyaya, mücərrədliyə yönəlir. Abstraksionist əsər dekonstruksiyadır, qurmadır. Amerikada rəssamın davamçısı Rauşen Baxdır.
Abstraksionizmdə 2 istiqamət var:
1.Psixoloji: Kandinski (“Göy atlı” əsəri)
2.İntellektual: Şərqdə Pit Mondrian. Onun çox əsərində kvadrat, kubik və s.var.
Kazimir Moleviç, Tatlin də bu cərəyanın nümayəndələridir.
Kazimir Moleviçin məşhur əsərləri “Qara kvadrat”, “Ağ üzərində ağ”dır.
“Qara kvadrat” – müəmmalı olan şey sənin gözündə qara kvadratdır, bilmirsən, onun içərisində nə var və ya nə ola bilər.
“Ağ üzərində ağ” – ağ üzərində nə təsvir edirsənsə, gözünə nə görünürsə, onu görürsən.
Realizm təbiəti tənqid edir. Oskar Vayld deyir ki, təbiəti tənqid etmək kopyadır, incəsənət o vaxt başlayır ki, sən təbiəti tamamilə inkar edirsən.
Sərvanə DAĞTUMAS
Ədəbiyyatşünas
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür