Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə kitabxananın əməkdaşları, 189-190 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti iştirak ediblər. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə 20 Yanvar hadisələri barədə ətraflı məlumat verilib. Bildirilib ki, 20 Yanvar faciəsi nəticəsində 147 nəfər mülki şəxs amansızcasına qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib, 200 ev və mənzil, 80 avtomobil, o cümlədən təcili yardım maşınları məhv edilib. Dövlət və şəxsi əmlaka külli miqdarda ziyan vurulub. Şagirdlər 20 Yanvar hadisələrini əks etdirən şeirlər söyləyiblər. Sonda 20 Yanvar hadisələrinə dair sərgi təqdim olunub.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür