“Yazı” ədəbiyyat dərgisinin 13-cü sayı işıq üzü görüb. Bu barədə Senet.az-a açıqlamasında jurnalın baş redaktoru Azad Qaradərəli məlumat verib. Dərgi baş redaktorun “Yeni naturalizmə doğru” yazısı ilə açılır.
“Sözümüzün yiyələri” rubrikasında görkəmli şair Vaqif Səmədoğlunun şeirləri yer alıb.
“Bir kitab şeir”də oxucular Şəhriyar del Geraninin, poeziya bölümündə isə Könül Həsənqulu, Məmməd İlqar, İsfəndiyar Əhmədli,Esmira Məhiqızı, Elnur Astanbəyli, Ruzbeh, Cavanşir Muradlının şeirlərini oxuya biləcəklər.
“Yazıçının arxivindən” bölümündə mərhum yazıçımız Sabir Əhmədlinin “Yazılmayan yazı” memuar romanından bir parça verilib. “Həsr” bölümündə Kənan Hacının “Fironun dəftəri” romanının sonu, Əjdər Ol, Mübariz Örən, Mövlud Mövlud, Həmid Piriyev, Oğuz Ayvaz, Xan Abdulla, Azad Qaradərəlinin hekayələri yer alıb.
Yaradıcılıq Emalatxanası” rubrikası BSU Yaradıcılıq Fakültəsinin tələbələrinə həsr olunub. Burada Vəli Efe, Sərvər Kamranlı, Sevil İşıq, Zaur Sahil, Zamiq Mehdisoy, Günay Həsənli, Dəniz Pənah, Gültən Qədirlinin yazıları ilə tanış olmaq olar.
“Çevirmə” başlığında Nobel ödülçüsü Mario Varqas Lyosanın “Su içində balıq kimi” romanından parçalar, Ataol Bəhramoğlu, Fərrux Fərruxzad, Herman Hesse və özbək ədəbiyyatından (Fərqanə məktəbi) çevirmələr dərc olunub.
Güney sovqatı” rubrikasında Kiyan Xiyav və Ramin Cahangirzadənin yazıları yer alıb.
“Esseistika” bölümündə Niyazi Mehdinin iri həcmli essesinin davamı, Mehman Qaraxanoğlunun Mübariz Örənin yaradıcılığına həsr olunmuş qeydləri və “Rakurs” bölümündə Vahid Qazinin yazısı verilib.
“Palirta” bölümündə gənc rəssam Pəri Miniatürün yaradıcılığı haqda məlumat və rəsmlərindən nümunələr oxuculara təqdim olunur.
Dərginin bu sayında ədəbiyyat xəbərləri, yeni nəşrlər və digər yazılarla da tanış olmaq olar.
Dərginin yeni sayını rayonlarda “Azərmətbuatyayım” köşklərindən, Bakıda isə Kitabevim.az kitab mağazasından (dəmiryol vağzalı ilə üzbəüz, dəmiryol xəstəxanasının sağında, 2-ci mərtəbə) və Bakitabdan (Sabir bağı, Sabirin heykəli ilə üzbəüz zirzəmidə) əldə etmək mümkündür.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür