
Senet.az kino tarixində yer alan 10 ən uğurlu dialoqsuz filmi təqdim edir.
“All is lost”
Filmdə Robert Redford okeanda sağ qalmaq uğrunda mübarizə aparır. Keçmişi haqqında heç bir şey bilmədiyimiz yaşlı dənizçi danışmır. Sadəcə olaraq fikirləşir və hərəkət edir. Biz onun düşüncələrini bu cür öyrənməyə çalışırıq.

“Les Vacances de Monsieur Hulot”
Müsyo Hulot mədəni, gülərüzlü bir fransızdır. Tətilə çıxır və dəniz kənarında bir oteldə qalır. Hulot yaxşı niyyətinə rəğmən bəzi problemlərdən yaxasını qurtara bilmir. Bu filmdə kiçik dialoqlar olsa da, bu ümumən nəzərə çarpmır.

“Le Ballon Rouge”
Albert Lamorisse rejissorluğunda çəkilən film Oskar mükafatına layiq görülüb. Film uşaqla şarın dostluğundan bəhs edir. Qırmızı rəngli şar Paris küçələrində öz dostu ilə birlikdə gəzir.

“Mon Oncle”
Filmin rejissoru Cakques Tatidir. O, 1950-ci ildə bu filmlə bütün dünyaya səssiz filmin gücünü göstərə bildi.

“The Naked İsland”
Film susuz bir adada kürəklərində daşıdıqları iki qab su ilə əkinçilik edib, yaşamağa çalışan bir ailənin təbiətə qarşı mübarizəsindən bəhs edir.

“Silent Movie”
1970-ci illərdən bəhs edən filmdə, kino çəkmək istəyən 3 macəraçı kinosevərin həyatından bəhs olunur.

“Le Bal”
Filmdə hadisələr eyni məkanda cərəyan edir. İzləyicilər bu film vasitəsilə Parisin bir rəqs salonunun 50 illik hekayəsi vasitəsilə Fransa tarixinə səyahət edəcəklər.

“L’Ours”
Kimsəsiz bir ayı balasının həyayından bəhs edən film amerikalı yazıçı Ceyms Oliverin “Curwood” romanı əsasında ekranlaşdırılıb.

“Les triplettes de Belleville”
Silvyan Çomet filmdə dialoqlardan imtina edir, hekayəni rəsimlər vasitəsilə izləyiciyə çatdırır.

“Shaun the Sheep Movie”
2015-ci il istehsalı olan bu film Mark Burtonun rejissorluğu ilə çəkilib. Qoyun Şaun həftənin 7 günü işləməyə etiraz edir və bunun nəticəsində fermada hər şey bir-birinə qarışır. Qısa müddət sonra qoyunlar özünü şəhərdə tapırlar.

Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür